Reytinq silkələndi: Azərbaycan cüdoçuları zirvəyə doğru

İdman

10.02.2026 15:06

Azərbaycan cüdoçuları Balabəy Ağayev (60 kq) və Zelim Tskayev (81 kq) Parisdə keçirilən Böyük Dəbilqə turnirində uğurlu çıxışdan sonra dünya reytinqində ilk beşliyə yüksəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (IJF) rəsmi məlumat yayıb.

Paris Böyük Dəbilqəsində qızıl medal qazanan Balabəy Ağayev hesabına əlavə etdiyi xallar sayəsində dünya reytinqində beş pillə irəliləyərək dördüncü yerə yüksəlib. Onun aktivində hazırda 4090 xal var.

Turnirin finalına qədər inamlı çıxış edən Zelim Tskayev yalnız həlledici görüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Buna baxmayaraq, o, 4365 xal toplayaraq reytinqdə üç pillə irəliləyib və ikinci pilləyə yüksəlib.

Digər Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) isə Paris turnirində qazandığı bürünc medal sayəsində aktivinə 3151 xal əlavə edib və dünya reytinqində yeddinci pilləyə qalxaraq ilk onluqdakı mövqeyini daha da möhkəmləndirib.

Namiq HUN

TodayPress TV

tag: Zelim Tskayev,Balabəy Ağayev,Böyük Dəbilqə,Cüdo,Todaypress.tv,