UFC çempionundan karyerası ilə bağlı qorxulu açıqlama!

UFC çempionundan karyerası ilə bağlı qorxulu açıqlama!
29.10.2026 15:48 İdman

UFC-nin yüngül çəkidə deyil, yarım yüngül çəki dərəcəsində (65 kq-a qədər) çempionu olan avstraliyalı Aleksandr Volkanovski karyerasını başa vurmaq ehtimalı barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “The Ariel Helwani Show” podkastında danışıb.

38 yaşlı döyüşçü karyerasını davam etdirmək qərarında maddi qazancın, sağlamlığının və ailəsinin mühüm rol oynadığını bildirib:

“Özümə hər döyüşdən əvvəl deyirəm: “Yaxşı, biz bunu niyə edirik?” Aydındır ki, səbəb qonoraradır. Bir daha heç vaxt belə bir məbləğ qazanmayacağam. Artıq bacardığım işi bu qədər yaxşı görə bilməyəcəyəm. Hər mənada asan olmasa da, bu, ən böyük məbləği qazanmağın ən aydın yoludur.

Bununla yanaşı, sağlamlığımı qorumaq istəyirəm. Övladlarımın yanında olmaq istəyirəm. Yaşlandıqca özümü çox pis hiss edəcəyimə əminəm və bununla barışmışam. Bədən xəsarətləri bir yana, baş zədələri ilə bağlı zarafat etmək istəmirəm.

Ona görə də daha bir nokaut və ya beyin silkələnməsi baş versə, hər şey bitəcək. Mən buna belə baxıram”.


Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər