Rəşad Eyyubov: “Əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir”
“Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir”.
TodayPress TV xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov mətbuat konfransında deyib.
O, Ukrayna yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Məşqimizi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir. Keyfiyyət baxımından futbol kollektiv oyundur. İnanıram ki, gücümüz var və bu baxımdan yaxşı oyun görəcəyik”.
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Namiq HUN