Rəqiblərinə aman vermədi: Parataekvondoçumuz Cənubi Koreyada çempion oldu!
Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə Qran-pri yarışı Azərbaycan idmançısı Sabir Zeynalov (58 kq) üçün böyük uğurla başa çatıb.
TodayPress TV xəbər verir ki, K44 kateqoriyasında mübarizə aparan parataekvondoçumuz Muju Qran-prisinin çempionu adını qazanıb.
Sabir Zeynalov 1/4 finalda yaponiyalı Tanaka Mitsuya, yarımfinalda isə taypeyli Xiang Wen üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Həlledici qarşılaşmada braziliyalı Qustavo Ruppelə üstün gələn təmsilçimiz turnirin qızıl medalına sahib olub.
Qeyd edək ki, Muju Qran-prisi "Los-Anceles-2028" Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Namiq HUN