Rəqib məşqçidən etiraf: "Sizin Çempionlar Liqasında oynayan futbolçularınız var!"
Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, almaniyalı mütəxəssis qarşılaşmanın favoriti kimi Azərbaycan millisini gördüyünü bildirib.
“Litva – Azərbaycan matçını ətraflı analiz etmişik. Bu qarşılaşmanın aydın favoriti meydan sahibləridir. Rəqibin xüsusilə yarımmüdafiə və hücum xəttində keyfiyyətli futbolçuları yer alır. Amma yekun nəticəni meydanda birlikdə görəcəyik. Sevindirici haldır ki, hazırkı heyətimizdə zədəli futbolçu yoxdur. Bizim heyətdəki futbolçuların böyük hissəsi gündəlik həyatda müxtəlif peşə sahibləridir. Azərbaycan millisində isə hətta UEFA Çempionlar Liqasında çıxış edən təcrübəli oyunçular var. Təbii ki, üstünlük rəqəbət baxımından rəqib tərəfə məxsusdur. Lakin biz də əlimizdən gələni etməyə hazırıq və özümüzü ləyaqətli komanda kimi göstərməyə çalışacağıq”, – deyə Konrad Fyunfştyuk vurğulayıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda keçiriləcək Azərbaycan – Lixtenşteyn oyunu oktyabrın 1-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
Namiq HUN