“Red Bull”da komanda köməyi qalmaqalı? Ferstappen nöqtəni qoydu!

“Red Bull”da komanda köməyi qalmaqalı? Ferstappen nöqtəni qoydu!
04.09.2026 12:24 İdman

“Red Bull” komandasının pilotu, dördqat “Formula-1” çempionu Maks Ferstappen İtaliya Qran-prisinin təsnifat mərhələsində “Racing Bulls” komandasındakı komanda yoldaşı, yeni zelandiyalı Liam Lousondan kömək alıb-almayacağı ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.

Təcrübəli pilot bu barədə xüsusi düşünmədiyini bildirib: 

“Düzünü desəm, bu haqqında xüsusi olaraq düşünməmişəm. Əgər çempionluq uğrunda mübarizə aparırsansa və ya həqiqətən xüsusi bir nəticə göstərməyə çalışırsansa, bəlkə də bu barədə düşünə bilərsən. Lakin komanda hər iki bolidin uğurlu çıxış etməsini istəyir, buna görə də gedişatı görəcəyik. Mən heç vaxt komandadan belə bir şey xahiş etmirəm və bu cür qərarları onların öhdəsinə buraxıram. Düşünürəm ki, belə olması daha yaxşıdır”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər