“Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi

“Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi
29.07.2026 17:32 İdman

“Fulhem” “Real”ın hücumçusu Qonsalo Qarsiya üçün hərəkətə keçib. 

TodayPress TV “Marca” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 22 yaşlı futbolçunun keçidi üçün təxminən 60 milyon avro ödəməyə hazırdır.

Məlumata əsasən, “Fulhem” bu məbləğdən bir qədər aşağı təklif irəli sürməyə hazır olsa da, Madrid klubu futbolçunu daha ucuz qiymətə satmaq niyyətində deyil.

“Fulhem”də Qonsalo Qarsiya komandanın gələcək layihəsinin əsas fiqurlarından biri kimi qiymətləndirilir. Klub oyun sistemini məhz hücumçunun ətrafında qurmağı planlaşdırır.

Qeyd edək ki, “Fulhem”in baş məşqçisi daha əvvəl “Real”da çalışmış Alvaro Arbeloa olacaq.

Qonsalo Qarsiya “Real”ın yetirməsidir və onun Madrid klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir. O, 2025/2026 mövsümündə əsas komandada bütün turnirlərdə 39 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daha əvvəl “Real Madrid Kastilya” komandasında çıxış edən futbolçu 2024/2025 mövsümündə 73 matçda 30 qol vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər