“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək

“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək
30.07.2026 16:31 İdman

Madrid “Real”ının müdafiəçisi Raul Asensio zədə səbəbindən yeni mövsümün ilk həftələrini buraxacaq.

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

23 yaşlı futbolçunun sağ budunun düz əzələsində zədə aşkarlanıb. Onun təxminən altı həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Daha əvvəl futbolçu ilə İngiltərənin “Arsenal”, Fransanın “Marsel” və Portuqaliyanın “Benfika” klublarının maraqlandığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Raul Asensio ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçinin “Real”la müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Transfermarkt portalında onun bazar dəyəri 20 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər