“Real”da zədə şoku: Əməliyyat olunmasa sağala bilməyəcək!

“Real”da zədə şoku: Əməliyyat olunmasa sağala bilməyəcək!
30.09.2026 16:38 İdman

Madrid “Real”ının müdafiəçisi Raul Asensio zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

TodayPress TV “kral klubu”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu cərrahi əməliyyat olunacaq. 

Əməliyyat oktyabrın 1-nə planlaşdırılıb. 

“Futbolçumuz Raul Asensio sağ ayağın qamış sümüyünün gərginlik sınığı səbəbindən əməliyyat olunacaq”, - deyə “Real”ın rəsmi saytında dərc olunan tibbi hesabatda bildirilir.

Məlumata görə, bu zədə Asensionu artıq doqquz aydır ki - cari ilin yanvar ayından bəri narahat edirdi. Milli komandaların oyunları ilə əlaqədar yaranan üçhəftəlik fasilə zamanı müdafiəçi zədəni konservativ yolla müalicə etməyə və bərpa prosesini sürətləndirməyə çalışsa da, bu cəhdlər heç bir nəticə verməyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər