Rakitiçdən gözlənilməz seçim: "Qızıl top"u kim qazanmalıdır?
“Barselona” klubunun keçmiş yarımmüdafiəçisi İvan Rakitiç “Qızıl top” mükafatına üç əsas namizədi bəlli edib.
TodayPress TV xəbər verir ki, “Mundo Deportivo” nəşri Rakitiçin sözlərini sitat gətirib.
“Mən ilk üçlüyə üç futbolçunu daxil edərdim. Hərçənd Maykl Olisenin böyük azarkeşiyəm və onda xüsusi bir keyfiyyət var, lakin o, Dünya çempionatını ideal keçirmədi. Ona görə də onunla yanaşı, üçlüyə Lamin Yamal və yenidən Rodrini daxil edərdim”, – deyə Rakitiç bildirib.
Xatırladaq ki, sentyabrın 8-də “France Football” jurnalı 2026-cı il “Qızıl top” mükafatına namizədlərin siyahısını elan edib.
2026-cı ilin “Qızıl top” təqdimetmə mərasimi oktyabrın 26-da, London şəhərində keçiriləcək. Yubiley xarakteri daşıyan bu tədbir tarixdə 70-ci olacaq. Qalib FIFA reytinqində ilk 100 pillədə qərarlaşan ölkələri təmsil edən 100 jurnalistin səsverməsi nəticəsində müəyyənləşəcək.
Namiq HUN