Rahil Məmmədov ilin sonunadək meydana çıxmaya bilər

Rahil Məmmədov ilin sonunadək meydana çıxmaya bilər
14.10.2025 12:16 İdman

Azərbaycan yığma komandasının müdafiəçisinin zədəsi ciddidir.

TodayPress TV xəbər verir ki, “Araz-Naxçıvan” klubunun futbolçusunun  qasıq nahiyəsində problem aşkarlanıb.

29 yaşlı futbolçunun yaşıl meydanlara qayıdışı tibbi müayinələrdən sonra məlum olacaq. Rahilin ilin sonunadək meydana çıxa bilməyəcəyi ehtimal edilir. 

Qeyd edək ki, müdafiəçi Ukrayna millisinə qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunundan əvvəl, məşq zamanı zədələnib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər