Qvardioladan gözlənilməz qərar: Klub futboluna qayıtmayacaq?

İdman

19.05.2026 22:40

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyi və bundan sonra karyerasında birillik fasilə verəcəyi iddia olunur. 55 yaşlı mütəxəssisin klub futboluna qayıtmaq ehtimalının isə olduqca az olduğu bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Serxio Qonsales "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, Qvardiola yalnız hansısa milli komandadan təklif alacağı təqdirdə məşqçilik fəaliyyətini davam etdirməyə hazır olacaq.

Bildirilir ki, ispaniyalı mütəxəssisi "Mançester Siti"də onun keçmiş köməkçisi Enzo Mareska əvəz edəcək. Tərəflər arasında Qvardiolanın gedişindən dərhal sonra Mareskanın vəzifəsinin icrasına başlaması ilə bağlı ilkin razılıq əldə olunub.

Xatırladaq ki, bir müddət əvvəl bir neçə nüfuzlu insayder də Qvardiolanın qarşıdakı yayda "Mançester Siti"dən ayrılacağı ilə bağlı məlumat yaymışdı.

TodayPress TV

tag: İdman,Futbol,Qol,Dünya,Todaypress.tv,