Qriqor Dimitrov: “Çox ağrılı və ağır bir yay keçirdim”

İdman

31.12.2025 15:23

Keçmiş dünya üçüncüsü, 34 yaşlı bolqar tennisçi Qriqor Dimitrov Uimbldon-2025 turnirində aldığı zədədən sonra keçdiyi bərpa prosesi ilə bağlı danışıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Punto de Break nəşri məlumat yayıb. 

Dimitrov dördqat “Böyük Dəbilqə” çempionu, ATP reytinqində ikinci pillədə qərarlaşan italiyalı Yannik Sinnerlə matçda aldığı zədənin onun üçün son dərəcə çətin bir dövr yaratdığını bildirib:

“Əzələlərimi bərpa etmək üçün kifayət qədər uzun vaxt lazım oldu. Bu, çox ağrılı və olduqca ağır bir yay idi. Servis vura bilmirdim, sağ əllə zərbə endirə bilmirdim. Uzun müddət idman zalında çalışdım. Bu, uzun və çox çətin proses idi, amma başa düşdüm ki, bədənimi dinləməkdən başqa yolum yox idi”, – deyə Dimitrov vurğulayıb.

Namiq HUN

TodayPress TV 

tag: Qriqor Dimitrov,Turnir,Zədə,Uimbldon-2025,Todaypress.tv,