Qran-pri həftəsonunda inanılmaz oğurluq hadisəsi!
İdman
14.05.2026 16:14
Valtteri Bottas Mayami Qran-prisi həftəsonunda kirayədə qaldığı evdən avtomobilinin oğurlandığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, hazırda “Formula-1” üzrə “Kadillak” komandasının pilotu olan finlandiyalı sürücü hadisənin detallarını “Parc Ferme” podkastında danışıb.
“Duş qəbul edirdim. Sonra mənimlə eyni evdə qalan Pol Harris mənə zəng etdi. Düşündüm ki, niyə zəng edir, axı qonşu otaqdadır. Sonra dedi ki, maşın yoxa çıxıb. İnanmadım, çölə çıxdım və gördüm ki, “Kadillak” yerində yoxdur. Daha sonra yadıma düşdü ki, paddoka giriş buraxılışım da maşının içində qalıb”, – deyə Bottas bildirib.
Pilot əlavə edib ki, hadisəyə hətta Federal Təhqiqatalr Bürosu (FBI) da müdaxilə edib.
Bottasın sözlərinə görə, avtomobili oğurlayan şəxsin VIP parkinqə və paddok zonasına daxil olmaq imkanı olub.
Namiq HUN
tag: Valtteri Bottas,Mayami Qran-prisi,Formula-1,Kadillak,Todaypress.tv,
