Qordonun inanılmaz startı: Messi ilə eyni göstəriciyə çatdı

Qordonun inanılmaz startı: Messi ilə eyni göstəriciyə çatdı
07.09.2026 15:37 İdman

“Barselona”nın yarımmüdafiəçisi Entoni Qordon La Liqada ilk dörd oyununda Lionel Messinin nailiyyətini təkrarlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Football on TNT Sports” sosial şəbəkədəki hesabında məlumat yayıb.

25 yaşlı ingiltərəli futbolçu La Liqanın ilk dörd qarşılaşmasında beş məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəriciyə daha əvvəl “Barselona”nın əfsanəvi futbolçusu Lionel Messi imza atıb.

Qeyd edək ki, Entoni Qordon 2026-cı ilin mayında “Nyukasl Yunayted” klubundan “Barselona”ya transfer olunub. O, 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində 6 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. 

39 yaşlı Lionel Messi isə 2003-2021-ci illərdə “Barselona”nın formasını geyinib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər