Qolunu Ronaldu kimi qeyd etdi, sonra baş məşqçini itələdi! - Danimarkada insident

Qolunu Ronaldu kimi qeyd etdi, sonra baş məşqçini itələdi! - Danimarkada insident
02.10.2026 10:09 İdman

Danimarka milli komandasının hücumçusu Rasmus Hoylund UEFA Millətlər Liqasının III turunda Portuqaliyaya 2:4 hesabı ilə uduzduqları oyundan sonra rəqib komandanın baş məşqçisi Jorje Jezuşu itələyib. 

TodayPress TV xəbər verir ki, gərgin keçən görüşdə qol vuran Hoylund sevincini öncəki gün Portuqaliya düşərgəsini skandalla tərk edən Kriştianu Ronaldunun məşhur üslubunda qeyd edib. 

Matçın fitindən sonra isə danimarkalı hücumçu Portuqaliya millisinin çalışdırıcısının sinəsindən itələyib. Jorje Jezuş bu insidentə gülümsəyərək reaksiya verib.

Xatırladaq ki, Jorje Jezuş aralarında heç bir münaqişənin olmadığını bildirsə də, Ronaldu məşqdən sonra milli komandanın düşərgəsini özbaşına tərk edib. 41 yaşlı hücumçu bu addımını şərh etsə də, Portuqaliya mediası onun milli karyerasını tamamilə başa vuracağını iddia edir.

Namiq HUN

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər