Qol, qələbə və inanc: Qabriel Jezusu gündəmə gətirən açıqlama

İdman

31.12.2025 09:59

“Arsenal” klubunun hücumçusu Qabriel Jezus İngiltərə Premyer Liqasının XIX turunda “Aston Villa”ya qarşı keçirilən oyunda (4:1) vurduğu qoldan sonra nümayiş etdirdiyi dini məzmunlu köynəklə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, futbolçu oyundan sonra verdiyi müsahibədə bildirib ki, bu jest onun şəxsi inancı ilə bağlıdır:

“Bu köynəyi niyə geyindiyim tam aydındır. İsa məni həyatımın əvvəlindən - doğulduğum andan xilas edib, sadəcə o vaxt bunu dərk etmirdim. Həyatımda çətin anlar oldu və anladım ki, İsa olmadan biz heç nəyik. Buna görə də Onun adını ucaldıram”, – deyə Jezus vurğulayıb.

Qeyd edək ki, “Arsenal” bu qələbədən sonra 19 oyunda 45 xal toplayaraq Premyer Liqada liderliyini möhkəmləndirib. London klubu ehtiyatda bir oyunu olan “Mançester Siti”ni 5 xal qabaqlayır.

Namiq HUN

TodayPress TV

tag: Arsenal,Aston Villa,Futbol,Qabriel Jezus,Todaypress.tv,