Qızıl uğur! Sona Ağayeva beynəlxalq turnirdə zirvəyə yüksəldi
Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində qızıl medal qazanıb.
TodayPress TV xəbər verir ki, bocciaçımız BC2 kateqoriyasında bu uğura imza atıb.
Paralimpiyaçımız Sona Ağayeva həlledici görüşlərdə Portuqaliya təmsilçisi Monica Costa və Yeni Zelandiya idmançısı Chloe Sturt üzərində qələbə qazanaraq Çellencer turnirinin qalibi olub.
Qeyd edək ki, Qahirədə təşkil olunan Çellencer turniri Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına vəsiqə uğrunda reytinq xalları qazandırır.
Namiq HUN