“Qırmızı şeytanlar”dan əfsanəyə təbrik
İngiltərənin “Mançester Yunayted” klubu sabiq baş məşqçisi Ser Aleks Ferqyusonu ad günü münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində paylaşım edərək, “Ser Aleks Ferqyusonu 84-cü doğum günü münasibətilə təbrik edirik!” mesajını yayımlayıb.
Qeyd edək ki, 84 yaşlı Aleks Ferqyuson 1986-cı ilin noyabrından 2013-cü ilin iyununa qədər “Mançester Yunayted”in baş məşqçisi olub. O, 2013–2024-cü illər arasında klubda idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Ferqyusonun rəhbərliyi altında “Mançester Yunayted” sonuncu dəfə 2012/2013-cü illər mövsümündə İngiltərə Premyer Liqasının çempionu olub.
Namiq HUN