Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı!

Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı!
05.08.2026 13:59 İdman

“Santos” klubunun hücumçusu Neymar Braziliya Kubokunun 1/8 final mərhələsində “Remo” ilə keçirilən cavab oyunundan sonra rəqib komandanın azarkeşləri ilə mübahisə edib.

TodayPress TV xəbər verir ki, matçdan sonra stadionun daxili dəhlizində Neymar ev sahibi komandanın azarkeşləri və bəzi əməkdaşları ilə söz mübahisəsinə girib.

Qarşılaşmanın yeganə qolunu 74-cü dəqiqədə Roni Neymarın məhsuldar ötürməsindən sonra vurub. “Remo” isə 28-ci dəqiqədən etibarən müdafiəçi Marlonun qırmızı vərəqə alması səbəbindən azlıqda mübarizə aparıb.

“Santos” səfərdə keçirilən qarşılaşmada 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Tərəflər arasında ilk oyun qolsuz bərabərliklə başa çatmışdı.

Qeyd edək ki, 34 yaşlı Neymar 2025-ci ilin yanvarında “Santos”a qayıdıb. Onun əvvəlki klubu Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası olub.

Namiq HUN

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər