“Qaziantep”də sürpriz ayrılıq

“Qaziantep”də sürpriz ayrılıq
15.12.2025 14:26 İdman

Türkiyənin “Qaziantep” klubunun baş məşqçisi Burak Yılmaz vəzifəsindən ayrılıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, gənc mütəxəssis öz istəyi ilə istefa verib.

Qeyd edək ki, Burak Yılmazın rəhbərliyi altında “Qaziantep” cari mövsümdə Türkiyə Super Liqasında 16 oyun keçirib və bu matçlarda 13 xal toplayıb. Qaziantep təmsilçisi hazırda turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər