Qari O’Nil “Strasburq”un sükanı arxasında

İdman

07.01.2026 15:43

İngiltərəli mütəxəssis Qari O’Nil Fransanın “Strasburq” klubunun yeni baş məşqçisi təyin olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “Strasburq” Qari O’Nilin əsas komandanın baş məşqçisi təyin olunduğunu elan edir. 

Qeyd edək ki, 42 yaşlı Qari O’Nil yüksək liqada zəngin təcrübəyə malikdir. Keçmiş hücumameyilli yarımmüdafiəçi İngiltərədə 500-dən çox oyun keçirib. Baş məşqçi kimi isə Premyer Liqada “Bornmut” və “Vulverhempton” klublarını ümumilikdə 88 oyuna çıxarıb. 

Qari O’Nil şənbə günü Fransa Kuboku çərçivəsində Avranş səfərində komandanın ehtiyat oyunçular skamyasında yer alacaq.

Xatırladaq ki, daha əvvəl Liam Rosenyor “Strasburq”un baş məşqçi postunu tərk edib. 

Hazırda “Strasburq” klubu Fransa çempionatının 17 oyunundan sonra 24 xalla yeddinci pillədə qərarlaşıb. 

Namiq HUN

TodayPress TV

tag: Qari O’Nil,Strasburq,Baş məşqçi,Klub,Todaypress.tv,