“Qarabağ”la oyunda “Ayntraxt” azarkeşsiz qalacaq

“Qarabağ”la oyunda “Ayntraxt” azarkeşsiz qalacaq
18.12.2025 17:35 İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Qarabağ”ın qonağı olacaq Almaniyanın “Ayntraxt” klubu Bakıda azarkeş dəstəyindən məhrum olub.

TodayPress TV xəbər verir ki, buna Frankfurt təmsilçisinin fanatlarının Liqa mərhələsinin “Barselona” ilə səfər matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

UEFA kluba avrokubokların növbəti iki səfər görüşündə azarkeş qadağası tətbiq edib. 

Bundan əlavə, “Ayntraxt” klubu 38 000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı 2026-cı il yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər