“Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə “Qarabağ” arasında keçiriləcək ilk oyunun hakimi məlum olub.
TodayPress TV xəbər verir ki, qarşılaşmanı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək.
Ona həmyerliləri Steffen Bramsen və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yakob Karlsen yerinə yetirəcək.
Qeyd edək ki, ilk görüş Polşanın Lyublin şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Namiq HUN