“Qarabağ”ın bugünkü matçı canlı yayımlanmaya bilər

“Qarabağ”ın bugünkü matçı canlı yayımlanmaya bilər
16.07.2026 16:27 İdman

“Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində bu gün İslandiyanın “Vestri” klubuna qarşı keçirəcəyi matç ölkəmizdə canlı yayımlanmaya bilər.

TodayPress TV xəbər verir ki, buna səbəb islandların “CBC Sport”dan yayım üçün yüksək ödəniş tələb etməsi və bir neçə şərt qoymasıdır. 

“CBC Sport”dan verilən məlumata görə, hazırda danışıqlar davam edir. 

İslandiya tərəfinin irəli sürdüyü şərtlər nə kanalı, nə də “Qarabağ” tərəfini razı salır. 

Qeyd edək ki, “Vestri” – “Qarabağ” matçı bu gecə saat 00:00-da oynanılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər