“Qarabağ”ın 76 oyunluq qapıçısı Polşaya qayıdır
“Qarabağ”dan ayrılacaq polşalı qapıçı Mateuş Koxalskinin yeni klubu məlum olub.
TodayPress TV Polşa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qolkiper karyerasını Krakovun “Vyeçista” klubunda davam etdirəcək.
“Köhlən atlar”ın Koxalskinin transferindən 500 min avro gəlir əldə edəcəyi bildirilir.
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ”ın formasını geyinir. Ağdam təmsilçisi polşalı qapıçının transferi üçün təxminən 1 milyon avro ödəyib.
Koxalski cari mövsümdə “Qarabağ”ın heyətində 7 oyuna çıxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb. Ümumilikdə isə polşalı qolkiper 76 qarşılaşmada Ağdam klubunun qapısını qoruyub.
Namiq HUN