Qarabağa idman həyəcanı qaytarılır: III Xankəndi Ultramarafonu başlayır!

Qarabağa idman həyəcanı qaytarılır: III Xankəndi Ultramarafonu başlayır!
05.10.2026 12:12 İdman

Qəbələ şəhərində III Beynəlxalq Xankəndi Ultramarafonunun startı veriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Oktyabrın 8-dən 11-dək keçiriləcək ultramarafonda beş ölkədən 100 atletin iştirakı gözlənilir. İdmançılar Qəbələdən Xankəndiyə qədər olan 192 kilometrlik məsafəni qət edəcəklər.

Beynəlxalq yarışın keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, eləcə də Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə beynəlxalq miqyasda tanıdılmasıdır.

Mürəkkəb marşrutu əhatə edən ultramarafon dörd mərhələdən ibarət olacaq:

Qəbələ – Ağdaş (55 km)

Ağdaş – Bərdə (65 km)

Bərdə – Ağdam (44 km)

Ağdam – Xankəndi (28 km)

Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi - Bakı marşrutu üzrə təşkil edilib. 380 km məsafəni əhatə edən ilk yarışda dörd ölkədən 64 atlet mübarizə aparıb. 2025-ci ildə isə ultramarafon Qəbələ – Xankəndi marşrutu üzrə reallaşıb və yarışa altı ölkədən 81 idmançı qatılıb.

Namiq HUN

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər