“Qarabağ” yeni forvard transferinə hazırlaşır
“Qarabağ” qambiyalı hücumçu ilə razılığa gəlib.
TodayPress TV “Sportal.az”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Zakaria Savonun transferini yekunlaşdırmaq üzrədir.
Məlumata əsasən, 26 yaşlı forvard bu axşam Bakıya gələcək.
Mərkəz hücumçusunun transfer hüquqları İsveçin “Yurqorden” klubuna məxsusdur. O, bu ilin əvvəlindən icarə əsasında Kiprin “AEL Limassol" komandasında çıxış edir.
Zakaria Savo karyerası ərzində İsveçin “BK Olimpik”, “Oskarshamns” və Norveçin “Start” klubunun formasını geyinib.
Namiq HUN