“Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı

“Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı
13.08.2026 10:03 İdman

“Qarabağ” klubu bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda Kiyev “Dinamo”su ilə cavab matçına çıxacaq.

TodayPress TV xəbər verir ki, matçı ingiltərəli FIFA referisi Stüart Attuell idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. 

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” klubu uğurlu çıxış müqabilində pley-off-da “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər