“Qarabağ” sosial mediada liderdir

İdman

17.12.2025 15:48

Sosial şəbəkələrdə izləyici sayı baxımından ən populyar Azərbaycan futbol klubları bəlli olub

Azərbaycan Premyer Liqası və I Liqada çıxış edən klubların “Facebook” və “Instagram” sosial şəbəkələrindəki izləyici sayına görə statistikası açıqlanıb.

TodayPress TV AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya “Qarabağ” klubu başçılıq edir.

Ağdam təmsilçisinin “Facebook”da 233 min, “Instagram”da isə 724 min izləyicisi var.

“Neftçi” “Facebook”da 173 min, “Instagram”da 124 min izləyici ilə ikinci, “Qəbələ” isə müvafiq olaraq 113 min və 45,4 min izləyici göstəricisi ilə üçüncü pillədə qərarlaşıb.

Növbəti yerlərdə “Sabah” (43 min / 62,7 min), “Zirə” (16 min / 38,9 min) və “Sumqayıt” (15 min / 33 min) klubları yer alıb.

I Liqa təmsilçisi “Səbail” (31 min / 24,4 min) bu göstəricilərdə “Turan Tovuz”u (11 min / 21 min), “Şamaxı”nı (13 min / 14,1 min) və “Araz-Naxçıvan”ı (8,2 min / 11,3 min) geridə qoyub.

Namiq HUN

TodayPress TV

tag: Qarabağ,Sosial media,Lider,Açıqlama,Todaypress.tv,