Qalmaqal böyüyür: Ronaldu 6 aylıq diskvalifikasiya ilə üz-üzə!

Qalmaqal böyüyür: Ronaldu 6 aylıq diskvalifikasiya ilə üz-üzə!
01.10.2026 09:23 İdman

Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu təlim-məşq düşərgəsini icazəsiz tərk etməsinə görə 1 aydan 6 ayadək diskvalifikasiya və cərimə oluna bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.

Portuqaliya Futbol Federasiyasının (FPF) intizam reqlamentinə əsasən, rəsmi dəvətdən sonra uzrlü səbəb olmadan milli komandanın düşərgəsini tərk edən, məşqə, oyuna və ya digər rəsmi tədbirə qatılmayan futbolçular üçün ciddi sanksiyalar nəzərdə tutulur. Peşəkar futbolçular üçün 1 aydan 6 ayadək yarışlardan uzaqlaşdırılma ilə yanaşı, 5-dən 10 şərti vahidədək (təxminən 500 - 1000 avro) cərimə də tətbiq edilir. 

Maddə 160-ın 2-ci bəndində qeyd olunur ki, oyunçunun komandadan yayınması və ya düşərgəni tərk etməsi avtomatik olaraq müvəqqəti kənarlaşdırılmaya səbəb olur.

Xatırladaq ki, baş məşqçi Jorje Jezuş aralarında hər hansı münaqişənin olmadığını bildirsə də, Ronaldu milli komandanın məşqini yarımçıq qoyaraq düşərgədən ayrılıb. Təcrübəli hücumçu bu addımı ilə bağlı bəyanat yayaraq, vaxtı gələndə bütün həqiqətləri açıqlayacağını bildirib. Portuqaliya mətbuatı isə 41 yaşlı ulduzun milli karyerasını tamamilə başa vurduğunu yazır. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər