İranın Arteş ordusu ABŞ-yə savaş elan etdi

İranın Arteş ordusu ABŞ-yə savaş elan etdi
24.11.2026 15:46 Dünya

İran Ordusunun (Arteş) baş komandanı Hərbi Dəniz Qüvvələrinin komandanına Hörmüz boğazındakı blokadanı gündən-günə daha da sərtləşdirmək barədə göstəriş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Iran Observer" "X" səhifəsi məlumat yayıb.

Bildirilib ki, ABŞ Tehran tərəfindən irəli sürülən şərtlərlə razılaşana qədər boğazda məhdudiyyətlər artırılacaq.

Məlumata görə, Hörmüz boğazında gəmiçiliyə tətbiq edilən məhdudiyyətlər isə qlobal enerji bazarına və beynəlxalq dəniz daşımalarına təsir göstərə bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər