Paris nəhəngi Vinisiusdan imtina etdi: başqa planı var!

Paris nəhəngi Vinisiusdan imtina etdi: başqa planı var!
24.11.2026 14:58 İdman

PSJ qış transfer pəncərəsində “Real Madrid”in hücumçusu Vinisius Junioru heyətinə qatmağı planlaşdırmır. Paris təmsilçisi daha gənc və perspektivli futbolçu transfer etmək istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın “Footmercato” nəşri məlumat yayıb.

PSJ-nin hücumameyilli futbolçusu Désire Due Liqa 1-in XI turunda “Nitsa” ilə keçirilən və 3:2 hesabı ilə başa çatan oyunda zədələnib. Meydanı xərəkdə tərk edən futbolçunun sağ dizinin ön çarpaz bağlarının qopduğu müəyyənləşib. Onun əməliyyatdan sonra uzun müddət bərpa prosesi keçəcəyi gözlənilir.

Désire Due ilə yanaşı, Xviça Kvaratsxeliyanın da sıradan çıxması PSJ-ni qış transfer pəncərəsində hücum xəttini gücləndirmək barədə düşünməyə vadar edib. Xarici mətbuatda Vinisiusun mümkün transferi ilə bağlı xəbərlər yayılsa da, Paris təmsilçisi braziliyalı futbolçunun xidmətində maraqlı deyil.

PSJ rəhbərliyi artıq tanınmış ulduz əvəzinə daha gənc, gələcək vəd edən və geniş ictimaiyyət tərəfindən o qədər də tanınmayan futbolçuya üstünlük verir.

Qeyd edək ki, Vinisius cari mövsümdə diskvalifikasiya səbəbindən La Liqada dörd oyunu buraxıb. Braziliya millisinin heyətində yığmaların oyunları üçün yaranan fasilədə iki yoldaşlıq görüşündə iştirak edən hücumçu beş qol vurub.

Namiq HUN

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər