Emreli “Rakuv”da qol və assistləri ilə parlayır!

Emreli “Rakuv”da qol və assistləri ilə parlayır!
24.11.2026 13:40 İdman

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında məhsuldar ötürmələrin sayına görə fərqlənən oyunçular arasında yer alıb.

TodayPress TV Polşa mediasına istinadən xəbər verir ki, “Rakuv”un hücumçusunun Ekstraklasanın 15-ci turundan sonra hesabında üç assist var.

Məhsuldar ötürmələrin sayına görə siyahıya 8 assistlə “GKS Katovitse”nin futbolçusu Bartoş Novak və “Şlensk”in yarımmüdafiəçisi Pyotr Samets-Talar başçılıq edir.

Qeyd edək ki, Mahir Emreli cari mövsümdə “Rakuv”un heyətində üç qol da vurub.


Namiq HUN

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər