Sterlindən dağıstanlı döyüşçülərə sərt xəbərdarlıq: “Bizi dəyişməyin!”

Sterlindən dağıstanlı döyüşçülərə sərt xəbərdarlıq: “Bizi dəyişməyin!”
24.11.2026 15:04 İdman

UFC-nin sabiq çempionu Alcameyn Sterlinq İslam Mahaçev və digər dağıstanlı döyüşçüləri tənqid edib. Amerikalı idmançı Abu-Dabidə Merab Dvalişvili ilə yaşanan insidentdən sonra gürcü döyüşçüyə qarşı hücumu pisləyib.

TodayPress TV xəbər verir ki, Sterlinq Birləşmiş Ştatlara gələn döyüşçülərin yerli qaydaları və ünsiyyət mədəniyyətini dəyişməyə çalışmamalı olduğunu bildirib.

Amerikalı idmançı müsahibəsində insident zamanı bir neçə nəfərin sayca azlıq təşkil edən şəxsə hücum etməsini qorxaqlıq kimi qiymətləndirib. Onun sözlərinə görə, belə davranışda nə qəhrəmanlıq, nə də şərəf var. Sterlinq komandalar arasında münasibətlərin yenidən düzələcəyinə ümid etdiyini də vurğulayıb.

O, həmçinin İslam Mahaçevin Dastin Porye ilə döyüşü zamanı baş verən dialoqa toxunub. Sterlinqin fikrincə, Birləşmiş Ştatlarda döyüşçülər arasında sərt ifadələr və təhqirlər bəzən adi ünsiyyət formasının bir hissəsidir və bunlar hər zaman şəxsi münasibət kimi qəbul edilməməlidir.

Amerikalı keçmiş çempion bildirib ki, heç vaxt başqa ölkəyə gedərək orada yaşayan insanların həyat tərzini və inanclarını dəyişdirməyə çalışmaz.

“Ölkəmizə gəlməyin və bizi dəyişməyə çalışmayın. Gəlib bizə nəyi səhv etdiyimizi deməyin. İnanclarımızı və qaydalarımızı dəyişdirməyə cəhd göstərməyin. Biz istədiyimiz kimi yaşayırıq. Amerika məhz buna görə ən yaxşı ölkədir: burada hər kəs qəbul olunur. Hər kəs azaddır və özü olmaq hüququna malikdir”, – deyə Sterlinq bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər