“Qalatasaray” Osimheni itirdi
“Qalatasaray” klubu UEFA Çempionlar Liqasına ciddi itki ilə start verəcək.
TodayPress TV xəbər verir ki, Liqa mərhələsinin I turunda “Ayntraxt”ın qonağı olacaq "sarı-qırmızılılar" Almaniyaya Viktor Osimhensiz yollanacaqlar.
Nigeriyalı hücumçu Frankfurta zədə səbəbindən aparılmayacaq.
Klub rəhbərliyi ilə tibbi heyət arasında görüş keçirilib. Həkimlər futbolçunun oynaya bilməyəcəyi qənaətinə gəliblər.
Qeyd edək ki, “Ayntraxt” – “Qalatasaray” matçı sentyabrın 18-də saat 23:00-da start götürəcək.
Namiq HUN