Qadın tennisində tarixi rekord: Medison Kiz “Böyük Dəbilqə”də ilkə imza atdı!

Qadın tennisində tarixi rekord: Medison Kiz “Böyük Dəbilqə”də ilkə imza atdı!
04.09.2026 15:55 İdman

“Australian Open – 2025” çempionu, dünyanın 24-cü raketkası olan amerikalı tennisçi Medison Kiz “Böyük Dəbilqə” turnirləri tarixində qadınlar arasında həlledici tay-breklərdə ən çox qələbə qazanan idmançı olaraq yeni rekorda imza atıb.

TodayPress TV “Opta Ace” statistika portalına istinadən xəbər verir ki, “US Open – 2026” turnirinin ikinci mərhələsində Macarıstan təmsilçisi Anna Bondarla qarşılaşan Kiz 5:7, 6:4, 7:6 (10:5) hesabı ilə çətin qələbə qazanıb. Bu zəfərlə amerikalı tennisçinin “Böyük Dəbilqə” yarışlarındakı həlledici tay-brek qələbələrinin sayı 6-ya çatıb.

Qeyd edək ki, Medison Kiz daha əvvəl bu cür həlledici tay-breklərdə Naomi Osaka (“US Open – 2016”), Van Tsyan (“Australian Open – 2022”), Yelena Rıbakina (“Rolan Qarros – 2022”), Kamila Corci (“US Open – 2022”) və İqa Şvöntek kimi (“Australian Open – 2025”) güclü rəqibləri də məğlub etməyi bacarıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər