Qadın güləşçilərimiz dünya çempionatında ilk sınaqlarını verdi
Azərbaycanın qadın güləşçiləri U-17 dünya çempionatında mübarizəyə başlayıb.
TodayPress TV xəbər verir ki, mundialın növbəti yarış günü 4 qadın güləşçimiz xalça üzərində bacarığını göstərib.
57 kq çəki dərəcəsində yarışan Qaratel Quliyeva təsnifat mərhələsində isveçrəli Delya Qislerə 2:3 hesabı ilə məğlub olub.
Eynilə təsnifat mərhələsindən mundiala qatılan Rəna Nuriyeva da xalçadan məğlub ayrılıb. 65 kq çəki dərəcəsində yarışan güləşçimiz meksikalı Silviya Espinoza Munizə 5:8 hesabı ilə uduzub.
Dünya çempionatının 1/8 final mərhələsində mübarizə aparan Vəfa Orucova da ilk görüşündə uduzub. O, çəkisi 43 kiloqramadək olan güləşçilərin yarışında rumıniyalı Valia Harsanaya 2:5 hesabı ilə məğlub olub.
Namiq HUN
U-17 dünya çempionatı
Azərbaycanın qadın güləşçiləri
Qaratel Quliyeva
Mundial
Namiq Hun
Todaypress.tv