Qab yumaq istəməzdi, amma indi dünya ulduzudur

İdman

01.01.2026 13:29

“Milan” klubunun xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç açıqlama verərək, futbol karyerası olmasa ofisiant işləyəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, o,bu barədə “Corriere della Sera”ya danışıb:

“Mən sadə həyatı sevirəm: normal ailə, normal həyat, kiçik şeylər. Özümü xüsusi hesab etmirəm. Heç vaxt düşünməmişəm ki, başqalarından üstünəm. Futbol olmasa, ofisiant olmaq istəyərdim. Bu işdə yaxşı idim və xoşuma gəlirdi.

Mən hotellik məktəbində oxumuşam. Birinci kursda Zadar şəhərindəki Marina restoranında təcrübə keçirdik, orada toy məclisləri keçirilirdi. Mən içkiləri təqdim edirdim - xorvatiyalı toylarında çox içilir. Yalnız bir şeydən xoşum gəlmirdi - qab yumaq”.

Qeyd edək ki, Modriçin dünya şöhrəti Madridin “Real” klubunda çıxışları ilə gəlib. Həmçinin, Luka “Dinamo” Zagreb və Londonda “Tottenhem” komandalarında da oynayıb. O, “Milan”da 2025-ci ilin yayından etibarən çıxış edir.

Namiq HUN

TodayPress TV

tag: Milan,Yarımmüdafiəçi,Luka Modriç,Karyera,Todaypress.tv,