PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro
PSJ “Parma” klubunun yaponiyalı qapıçısı Dzion Sudzuki ilə transfer razılaşmasına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, transferin məbləği 35 milyon avro təşkil edəcək.
Bildirilir ki, PSJ-yə keçdikdən dərhal sonra Sudzuki icarəyə göndəriləcək. Yaponiyalı qapıçının böyük ehtimalla “Yuventus”a icarəyə verilməsi gözlənilir. Turin klubu hazırda futbolçunun transferində əsas namizəd hesab olunur.
Sudzuki 2024-cü ilin yayında Belçikanın “Sent-Tryuden” klubundan 7,5 milyon avro qarşılığında “Parma”ya keçib. O, ötən mövsüm İtaliya təmsilçisinin heyətində 22 matçda meydana çıxıb, 30 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” portalında 24 yaşlı qapıçının bazar dəyəri 30 milyon avro qiymətləndirilir.
Namiq HUN