PSJ-yə ağır zərbə – məhkəmə Mbappenin xeyrinə qərar verdi

PSJ-yə ağır zərbə – məhkəmə Mbappenin xeyrinə qərar verdi
16.12.2025 17:21 İdman

Məhkəmə PSJ klubunu sabiq hücumçusu Kilian Mbappeyə əməkhaqqı kompensasiyası ilə bağlı 61 milyon avro ödəməyə məcbur edib. 

TodayPress TV xəbər verir ki, bu barədə RMC Sport nəşri məlumat yayıb.

Qərar yekdilliklə qəbul olunub və hökm dərhal icra edilməlidir.

Xatırladaq ki, 2025-ci ilin noyabrında Mbappenin PSJ-dən 263 milyon avro məbləğində kompensasiya tələb etdiyi bildirilirdi. Bu məbləğə hücumçuya ödənilməmiş maaş və mükafatlar, müqavilə başa çatdıqdan sonra nəzərdə tutulan ödənişlər, eləcə də klubda ona qarşı münasibətlə bağlı kompensasiya daxildir.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ilin yayında PSJ-ni azad agent kimi tərk edib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər