PSJ Luka Dinlə üçillik müqavilə imzalayacaq
PSJ Fransa millisinin futbolçusu Luka Dinlə üçillik müqavilə imzalayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
32 yaşlı cinah müdafiəçisi İngiltərə təmsilçisi "Aston Villa"dan Paris komandasına keçir.
Rəsmi sözləşmə dünya çempionatından sonra bağlanacaq.
Xatırladaq ki, Luka Din ötən mövsüm Premyer Liqa klubunda 33 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl, 2013-2015-ci illər aralığında PSJ-də oynayıb.