PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir

PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir
11.08.2026 12:25 İdman

PSJ “Monpelye”nin futbolçusu Lasina Melyan-Pave ilə müqavilənin şərtlərini razılaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, Paris təmsilçisi 16 yaşlı futbolçu ilə beşillik müqavilənin şərtləri barədə razılığa gəlib. İndi PSJ oyunçunun transferi ilə bağlı “Monpelye” ilə son razılaşmanı əldə etməlidir. Fransa nəhəngi keçidi yaxın vaxtlarda rəsmiləşdirməyi planlaşdırır.

Melyan-Pave 2025/2026-cı illər mövsümündə “Monpelye”nin U-17 və U-19 komandalarının heyətində uğurlu çıxış edib. O, ümumilikdə 15 qol vurub və 12 məhsuldar ötürmə edib.

Hücumçu artıq əsas komandada da debüt edib. 16 yaşlı futbolçu 2026/2027-ci illər mövsümündə Liqa 2-nin “Dijon”a qarşı keçirilən oyununda meydana çıxıb.

Melyan-Pave eyni zamanda Fransa U-16 milli komandasına da dəvət alır.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər