Premyer Liqada yeni mövsümün ilk sınaqları bəlli oldu

Premyer Liqada yeni mövsümün ilk sınaqları bəlli oldu
10.08.2026 15:28 İdman

Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümünün I turunun oyun cədvəli açıqlanıb.

TodayPress TV Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah” və “Kəpəz” arasında I və II dövrələrdə keçirilməli olan oyunların yerləri dəyişdirilib.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Sabah”ın rəsmi müraciəti və “Kəpəz”in razılıq məktubu nəzərə alınaraq, PFL beynəlxalq arenada ölkənin idman nüfuzunun uğurla təmsil olunmasını əsas götürüb.

I dövrə, I tur

14 avqust

 “Turan Tovuz” - “Qəbələ”

15 avqust

“Araz-Naxçıvan” - “İmişli”

“Sabah” - “Kəpəz”

16 avqust

“Sumqayıt” - “Neftçi”

“Zirə” - “Şəfa”

17 avqust

“Qarabağ” - “Şamaxı”

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər