Premyer Liqada transfer sürprizi: Sissoko mövsüm sonuna qədər icarədə
Azərbaycan Premyer Liqasında çıxış edən “Qəbələ” klubu transfer pəncərəsinin son günündə heyətini gücləndirib.
TodayPress TV xəbər verir ki, “Qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.
Fransalı futbolçu əvvəlki karyerasında “Reyms” (Fransa), “Vorskla” (Ukrayna) və “Seren” (Belçika) klublarında çıxış edib. Sissoko həmçinin Fransanın U-19 və U-21 milli komandalarının heyətində yer alıb.
Namiq HUN