Premyer Liqada növbəti məşqçi dəyişikliyi
“Çelsi” klubu baş məşqçi Entso Mareskanı istefaya göndərməyi planlaşdırır.
TodayPress TV insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 2026-cı ilin ilk ayında italiyalı mütəxəssislə yollar ayrıla bilər.
Klub rəhbərliyi artıq ispaniyalı Xavi Ernandeslə danışıqlara başlayıb.
Mareska Premyer Liqada “Everton”la oyundan (2:0) sonra klubda bəzi rəhbər şəxslərin ona dəstək vermədiklərini və komandaya uğur gətirəcək işlərin qarşısını müəyyən qədər aldıqlarını bildirib.
Qeyd edək ki, Entso Mareska “Çelsi”yə 2024-cü ilin yayından rəhbərlik edir. Hazırda London təmsilçisi ölkə çempionatında 28 xalla dördüncü pillədə qərarlaşıb.
Namiq HUN