Premyer Liqada cəzalar açıqlandı — kim nə qədər ödəyəcək?

Premyer Liqada cəzalar açıqlandı — kim nə qədər ödəyəcək?
11.02.2026 14:32 İdman

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIX turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

TodayPress TV xəbər verir ki, qəbul olunan qərarlara əsasən bir neçə klub müxtəlif səbəblərdən maliyyə cəzalarına məruz qalıb.

“Sabah” – “Araz-Naxçıvan” qarşılaşmasının qonaq komandanın meydana gec çıxması səbəbindən gec başlamasına görə “Araz-Naxçıvan” klubu 3000 manat məbləğində cərimələnib. Həmin oyunda sarı vərəqələrə görə klub əlavə olaraq 700 manat ödəyəcək. “Sabah” isə Əsasnamə tələblərini pozduğuna görə 1000 manat cərimə olunub.

“Zirə” klubu “Sumqayıt”la görüşdə futbolçuların idman şortlarında oyun nömrələrinin düzgün göstərilməməsinə görə 1500 manat cəriməyə məruz qalıb.

“Şamaxı” – “Qarabağ” matçında qonaq komandanın aldığı sarı vərəqələrə görə klub 700 manat cərimələnib. Bundan əlavə, azarkeşlərin sındırdığı 25 ədəd oturacağa görə stadiona dəyən zərər “Qarabağ” tərəfindən qarşılanacaq.

“Neftçi” – “Qəbələ” qarşılaşmasında meydan sahiblərinin futbolçusu Elvin Bədəlov qırmızı vərəqə aldığı üçün bir oyunluq diskvalifikasiya olunub, klub isə 500 manat cərimə edilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər