Premyer Liqa: "Qəbələ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qəbələ" "Şamaxı"nı məğlub etdi
21.05.2026 20:35 İdman

Azərbaycan Premyer Liqasında sonuncu - XXXIII turun açılış matçında "Qəbələ" "Şamaxı"nı məğlub edib.

TodayPress TV-nin məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

"Qəbələ"nin heyətində Seydina Keyta (4), Domi Massumo (33), Nicat Əliyev (36) fərqləniblər. "Şamaxı"nın qolunu isə Kərim Rossi (15) vurub.

Meydan sahibləri 27 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.

Tura mayın 24-də yekun vurulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər