Premyer Liqa klubu heyətini yerli futbolçu ilə gücləndirdi
Premyer Liqanın “Karvan-Yevlax” klubu Birinci Liqadan futbolçu transfer edib.
TodayPress TV “Report”a istinadən xəbər verir ki, bölgə təmsilçisi “Mingəçevir”in yarımmüdafiəçisi Samir Abdullayevlə cari mövsümün sonuna qədər müqavilə imzalayacaq.
Bundan başqa komanda qış fasiləsində bir əcnəbi futbolçunu da heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, “Karvan-Yevlax” qış fasiləsində “Turan Tovuz”dan ayrılan Veysəl Rzayev və müqavilə ilə “Sabah”a məxsus olan, lakin “Turan Tovuz”da çıxış edən Abdulla Rzayevi sıralarına qatmaq istəsə də, hər iki keçid baş tutmayıb.
Namiq HUN