Premyer Liqa: “Araz-Naxçıvan” qələbəni əldən verdi
Futbol üzrə Azərbaycan çempionatında XII turun bir oyunu keçirilib.
TodayPress TV xəbər verir ki, “Turan Tovuz” “Araz-Naxçıvan”ın qonağı olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1.
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.
Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı (2:1), “Qarabağ” isə “Sumqayıt”ı (4:2) məğlub edib.
Namiq HUN